Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Toyda gənci öldürən şəxsə 10 il HƏBS CƏZASI

1 006
Paylaş:
Toyda gənci öldürən şəxsə 10 il       HƏBS CƏZASI

Gəncə Ağır Cinayətlər Məhkəməsində Daşkəsən rayonunda qətl törətməkdə təqsirləndirilən Şakir Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd: Hadisə 2021-ci il iyulun 25-də Daşkəsən şəhərində keçirilən toy mərasimində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Ş.Tağıyev həmyerlisi, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazovu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Daha sonra Ş.Tağıyev Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər