“Bakıda yaxın məsafədə çoxmərtəbəli binaların tikilməsi qadağan olunmalıdır, çünki bu, ekoloji baxımdan zərərlidir. Binaların biri zədələnərsə, ətrafındakı digər binaları da zədələyəcək. Xarici ölkələrdə şəhərsalma qanunu var, hər şey nəzərə alınıb. Şəhəri qlobal iqlim dəyişkənliyinə tab gətirə biləcək hala salmaq üçün binalararası məsafə 50-100 olmalıdır, həmin ərazidə isə yaşıllıq salınmalıdır”.
Bunu Pravda.az-a ekoloq Telman Zeynalov deyib.