““Uşaqpulu” verilməlidir. Fikrimcə, burada natural formada da müəyyən bir hissə nəzərdə tutula bilər. Buraya xüsusilə azyaşlı uşaqların qida, geyim, müalicə kimi ehtiyacları daxildir. Digərlərinə də maddi dəstək verilə bilər. Hər halda bunu mərhələ-mərhələ, 1 yaşdan 6 yaşa, 6 yaşdan 12 yaşa qədər başlamaq olar. Daha böyük imkanlar olarsa, bunu tətbiq etmək mümkündür. Əsas odur ki, uşaqlar bəlli bir yaşa gələnə qədər ən azı qida və sağlamlıq problemləri yaşamasınlar. Hədəf bu olmalıdır. Kimisə sakitləşdirmək üçün, kiminsə arzusuna görə “uşaqpulu” vermək düzgün deyil. Söhbət uşağın sağlam böyüməsini təmin etməkdən, sıxıntılarını azaltmaqdan gedir. Əgər bu, baş verərsə, xeyri olacaq. Yoxsa valideyn "uşaqpulu"nu götürüb mebel almağa gedəcəksə, yaxud da başqa bir dərdinə xərcləyəcəksə, bunun adı “uşaqpulu” olmadı ki... Əslində daha çox bu motivlə “uşaqpulu” məsələsini gündəmə gətirirlər. Amma bizim əsas məqsədimiz o olmalıdır ki, uşaq maddi çətinliyə görə sıxıntı çəkməsin, normal yaşasın. Məsələnin əsas mahiyyəti budur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.