“Qazilərimizin zəhməti, 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri xidmət, qəhrəmanlıqlar hər birimizin qəlbindədir. Cənab Prezidentin qazilərlə bağlı verdiyi tapşırıqların, onlara göstərilən diqqət və qayğının şahidiyik. Prezident İlham Əliyev çıxışında da vurğulayıb ki, bəzi nöqsanlar hələ də qalır, məsələlərin həlli ləngiyir. Problemləri həll etməyə çalışırıq. Xaricdə müalicə alan qazilərimiz var, onlar üçün müasir protezlər hazırlanır. Onların evlə bağlı müəyyən problemləri var. Cənab Prezident çıxışlarında şəhidlərimizi, qazilərimizi unutmur. Lakin bəzi şəxslər var ki, yalandan hərbi forma geyib, özlərini qazi adlandırırlar, qazilərimizin, şəhid ailələrimizin adından istifadə edirlər, özlərini onlara bənzədirlər. Bəzi saxta yollarla qazi adını qazanırlar. Bütün bunların hamısını dövlət çox yaxşı bilir. Narazılıqlar da yarananda, onlara reaksiya verəndə, öz ətraflarında müəyyən qədər insanları yığıb, gedib aksiya keçirirlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.