Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Azərbaycanda qadın körpəsini öldürdü - MƏHKƏMƏ

1 018
Paylaş:
Azərbaycanda qadın körpəsini öldürdü -     MƏHKƏMƏ

Azərbaycanda ana yeni doğduğu uşağı qəsdən öldürüb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, Səbinə Quliyeva (ad, soy adı şərti) yeni doğduğu uşağı qəsdən öldürüb.

Daha sonra qadın saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 121-ci (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə cinayət işi başlanılıb.

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Kamranovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 8-nə təyin edilib.

Qeyd: Məhkəmə istintaqı zamanı Səbinə Quliyevanın törətdiyi əməl sübuta yetirilərsə, onu üç ilədək müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) və ya üç ilədək müddətinə azadlıqdan məhrumetmə ilə cəzası gözləyir.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər