Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Aqil Abbas: “Cəzaçəkmə müəssisəsində insident zamanı yaralandığı bildirilən mayor qohumum deyil”

1 066
Paylaş:
Aqil Abbas: “Cəzaçəkmə müəssisəsində insident zamanı yaralandığı bildirilən mayor qohumum deyil”

Xəbər verdiyimiz ki, Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident baş verməsi ilə bağlı məlumatlar yayılıb. Nəticədə bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir. Sosial şəbəkələrdə yayılan məlumata görə, xəsarət alanlardan mayor Sunay Məmmədov deputat Aqil Abbasın bacısı oğludur.

A.Abbas Pravda.az-a açıqlamasında deyib ki, Sunay Məmmədov adında qohumu yoxdur.

“Penitensiar Xidmətin rəhbəri ilə özüm əlaqə saxlamışam. İnsidentlə bağlı yayılan xəbərlər saxtadır. Bir məhbusun əlində telefon tutulub, almaq istəyəndə özünə zərər verib. Bundan başqa hadisə olmayıb”, - deputat bildirib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər