“Azərbaycanda missiyam başa çatır. Çox fəxr edirəm ki, ABŞ səfiri kimi, Azərbaycanda çalışdım, tarixi hadisələrə şahidlik etdim. Mən əminəm ki, bizim münasibətlərimiz əmin əllərdədir”.
Bunu ABŞ səfiri Li Litzenberger brifinqdə bildirib.
O deyib ki, ABŞ Azərbaycanın müstəqilliyinin, eyni zamanda, Cənubi Qafqazda sabitliyin və demokratiyanın ən böyük dəstəkçisidir.
Diplomat qeyd edib ki, Azərbaycanın qlobal terrorla mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndirirlər.