“Milli Məclisin Katibliyində oldum, girişdə koronavirus yoxlanışından keçdim”.
Erkin Qədirli Milli Məclisdə koronavirusla bağlı yoxlanışdan keçib
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.
“Deputat nişanımı və rəsmi (deputat sorğusu və s.) blanklarımı aldım. Vəsiqəni ikinci iclasda verəcəklərini söylədilər. Birinci iclas gələn həftə olacaq (günü hələ bilinmir). İki komitəyə yazıldım: 1) Hüquq siyasəti və dövlət quruculuğu (əsas komitəm); 2) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə” – E.Qədirli qeyd edib.