Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Allahşükür Paşazadə: “Azərbaycan dövləti erməni vətəndaşları üçün bütün şəraiti yaradacaq”

1 110
Paylaş:
Allahşükür Paşazadə: “Azərbaycan dövləti erməni vətəndaşları üçün bütün şəraiti yaradacaq”

“Azərbaycan multikultural dövlətdir. Ölkədə bütün dinlərin nümayəndələri azaddırlar, hər bir şərait yaradılıb”.

Pravda.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə REAL TV-yə müsahibəsində deyib.

A.Paşazadə qeyd edib ki, bu şərait erməni əsilli vətəndaşlar üçün də var: “Bakıda yaşayan ermənilər mövcud qanunlardan istifadə edirlər. Kilsələr təmir olunur, mədəniyyətləri, kitabları qorunur. Ermənilər xarici təsirlərə uymamalıdırlar. Bilsinlər ki, gec-tez Azərbaycan xalqı ilə birlikdə yaşayacaqlar. Azərbaycan onlar üçün bütün şəraiti yaradacaq. Şuşada məscid tikilirsə, kilsə də təmir olunur. Çağırış edirəm, ermənilər revanşist addımlardan əl çəksinlər”.

Paylaş:

Ən son xəbərlər