Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycan Prezidenti: "Sülhü ona görə seçdik ki, Cənubi Qafqazda sabit, dayanıqlı inkişaf istəyirik"

739
Paylaş:
Azərbaycan Prezidenti: "Sülhü ona görə seçdik ki, Cənubi Qafqazda sabit, dayanıqlı inkişaf istəyirik"

Azərbaycan Cənubi Qafqazda sabit, dayanıqlı inkişaf naminə sülhü seçib.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

“Sülhü ona görə seçdik ki, biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişaf istəyirik. Bu, unikal fürsətdir. Cənubi Qafqaz hər üç ölkənin müstəqillik illəri boyunca parçalanmışdı. 30 il ərzində o, Ermənistanın işğalı səbəbi ilə parçalanmışdı. İndi sülhün bərqərar edilməsi, əməkdaşlığın əsasının qoyulmasının vaxtıdır və Azərbaycan bunun üzərində işləyir”, - Prezident İlham Əliyev vurğulayıb.

Paylaş:

Ən son xəbərlər