Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Raket və Artilleriya Qoşunlarının sabiq rəisi həbs olundu

959
Paylaş:
Raket və Artilleriya Qoşunlarının sabiq rəisi həbs olundu

Ermənistan Müdafiə Nazirliyində külli miqdarda mənimsəmə faktı ilə bağlı araşdırma aparılır.

Milli Təhlükəsizlik Xidməti Nazirliyin qəbul komissiyasının sədri Armen Arutunyan Müdafiə Nazirliyi ilə yerli şirkətlərdən biri arasında imzalanmış müqaviləyə uyğun olmayan əmlakı qəbul edib.

Belə ki, Nazirlik tədarükçü şirkətə Çexiya istehsalı olan artilleriya mərmiləri üçün 523 milyon 89 min dram (1 milyon 83 min dollar) məbləğində vəsait ödəsə də, həmin mərmilərin kifayət qədər yüksək taktiki-texniki xarakteristikaya malik olmadığını üzə çıxıb.

Armen Arutunyan tutulub.

Faktla bağlı araşdırma aparılır.

O, Ermənistan ordusunun Raket və Artilleriya Qoşunlarının keçmiş rəisi olub.

APA

Paylaş:

Ən son xəbərlər