Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

"Asan İmza" ilə bağlı XƏBƏRDARLIQ

944
Paylaş:
"Asan İmza" ilə bağlı     XƏBƏRDARLIQ

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə məxfi məlumatları üçüncü tərəfə verməməyi tövsiyə edib.

Pravda.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda deyilir:

“Adınızdan Sizdən xəbərsiz əməliyyatların aparılmaması, o cümlədən su-istifadə hallarının yol verilməməsi məqsədilə “Asan İmza” sim kartınızın və ona məxsus məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir. "Asan İmza" (Mobil İmza) bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. "Asan İmza" bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir", - müraciətdə deyilir. 9 mart 2004-cü il tarxili 602-IIQ nömrəli “Elektron imza və elektron sənəd haqqında” Qanunun 2-ci madddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.

Paylaş:

Ən son xəbərlər