Azərbaycanda fəaliyyət göstərən D18 Hərəkatı ofisindən çıxarılıb.
Azərbaycanda siyasi təşkilat koronavirusa görə ofisdən çıxarıldı - FOTO
Pravda.az-ın xəbərinə görə, bu barədə hərəkatın sədri Ruslan İzzətli məlumat yayıb.
R.İzzətli bildirib ki, bu gün Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları ofisə daxil olub: “Onlar ofisdən çıxmağımızı tələb etdilər. Bildirdilər ki, bu, koronavirusla əlaqədar tədbirdir. Biz də bunun doğru olmadığını qeyd etdik. Axı həmin şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahın nümayəndəsi deyillər. Sonra isə dedilər, ətrafda yaşayan sakinlər şikayət ediblər, araşdırma aparıldığını bildirdilər. Polis əməkdaşları martın 10-dək ofisin bağlı qalacağını dedilər”.