Hazırda hər kəsi düşündürən əsas sual budur ki, müharibə nə zaman bitəcək və hansı dövlətin qələbəsi ilə yekunlaşacaq. Ukrayna xalqı qələbəyə əmindir. Ukraynada xalq arasında keçirilən sorğuda ukraynalıların 93 faizi Rusiya üzərində qələbəyə əminliyini bildirib. 67%-i qalib gəlmək üçün ən azı altı ay və ya daha çox vaxt lazım olduğuna inanır.
Pravda.az xəbər verir ki, məsələ ilə bağlı danışan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu vurğuladı ki, bu Ukrayna xalqının mübarizə əzmkalığının göstəricisidir: "Bu reallığa söykənə də bilər, əksinə də ola bilər. O sorğunun nəticəsi, xalqın birgə savaşa qarşı bir yumruq kimi birləşməsinin göstəricisidr. Hesab edirəm ki, bu payızda müharibə bitəcək və Ukraynanın qələbəsi ilə başa çatacaq. Qələbə deyəndə, Ukraynanın Rusiyadan hansısa şəhəri geri almasından getmir. Burada mənəvi qələbə əsas tutulur. Fakt faktlığında qalır ki, dünyanın super gücünə malik dövləti 100 gündən çoxdur ki, tərkisilah edilmiş, nüvə silahından məhrum edilmiş Ukraynaya güc gələ bilmir. Bu Rusiya üçün acı bir reallıqdır".
