BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrovun Azərbaycana işgüzar səfərinin gündəliyi açıqlandı

Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 23-24-də Azərbaycana işgüzar səfərinin gündəliyi açıqlanıb.

 

Pravda.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Lavrovun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının planlaşdırıldığını söyləyib:

 

“Azərbaycan Prezidenti ilə görüş gözlənilir. Səfər zamanı Rusiya və Azərbaycan prezidentlərinin Moskvada 22 fevral 2022-ci il tarixində imzaladıqları Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafının bütün kompleks məsələlərinə baxılacaq. Bundan əlavə, bir sıra aktual regional və beynəlxalq süjetlərin ətraflı müzakirəsi planlaşdırılır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatına xüsusi diqqət ayrılacaq. Xatırladım ki, bu razılaşmalar Azərbaycan-Ermənistan münasıbətlərinin normallaşmasına və Cənubi Qafqazın sabitlik və firavanlıq regionuna çevrilməsinə hesablanıb”.

 

APA

Tarix: 22 İyun 2022, 12:12   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin