“Belə həssas məsələ ilə bağlı bu cür hay-küy salmağa ehtiyac yox idi. Qonaqlar əyləşib, çay istəyiblər. Bilirsiniz ki, Şuşada tam olaraq şərait yoxdur. Qazla bağlı və s. çətinliklər hələki var. O cür çətinliklə belə səviyyədə xidmət göstərmək iki-üç qat qoçaqlıq tələb edir. Qonaqlara deyilib ki, çayımız tam hazır deyil. Onlara şirə, su təklif edilib. Deyilib ki, 5-10 dəqiqə gözləsələr, çay hazır olacaq. Sonra əldə etdiyimiz məlumata görə, həmin qrup restorana çəkiliş üçün öz işləri ilə əlaqədar giribmiş. İşlərini tam həyata keçirə bilmədiklərinə görə müəyyən aqressivlik yaranıb. Gözləmədən çıxıb gediblər. Sonda isə bu cür qeyri-obyektiv münasibət bildirib sosial şəbəkədə paylaşıblar. Yazılanlar tamamilə əsassızdır. Hər kəs bilir ki, ağır şəraitə baxmayaraq “Qoç ət”in Şuşa filialında necə xidmət göstərilir. Kimliyindən asılı olmayaraq bütün müştərilərə həssas yanaşırıq”.
Bu sözləri Pravda.az-a “Qoç ət” restoranının nümayəndəsi Taleh Şahməmmədli jurnalist Vəfa Şəhlayinin iddiasına cavab olaraq deyib.