Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Vətən Müharibəsindən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırası əhəmiyyətli dərəcədə genişlənib" - RƏY

1 177
Paylaş:
"Vətən Müharibəsindən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırası əhəmiyyətli dərəcədə genişlənib" -                     RƏY

Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq ölkəmizin xarici siyasətinin prioritetlərindəndir. Beynəlxalq münasibətlərin fəal iştirakçısı olan Azərbaycan xarici siyasətində qlobal və regional səviyyəli nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük önəm verir. Həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu Pravda.az-a bildirib ki, Azərbaycanın başlıca xarici siyasəti dünya ölkələri və beynəlxalq təşkilatlarla konstruktiv, bərabərhüquqlu münasibətlərin qurulması, davamlı inkişaf etdirilməsidir:

“Azərbaycan hər zaman xarici siyasətinin bu prinsipini ali tutub, ona uyğun davranıb. Bu gün Azərbaycanın, demək olar, bütün ölkələrlə kifayət qədər inkişaf etmiş münasibətlər sistemi mövcuddur. Həm region, həm də bütövlükdə dünya dövlətləri ilə Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri dünya miqyasında örnəkdir. Azərbaycan dövlətlərarası münasibətlərin inkişaf etidirilməsi üçün hər zaman təşəbbüslər irəli sürən ölkədir. Ölkəmizin təşəbbüsü, birbaşa iştirakı ilə bir neçə əməkdaşlıq platforması qurulub, hazırda fəaliyyət göstərirlər. Regional səviyyədə götürmüş olsaq, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran əməkdaşlıq platformaları kifayət qədər səmərəli fəaliyyət göstərir.  Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də ən fəal və təsirli mövqelərə malikdir, BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında kifayət qədər təsirli yeri və rolu var. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının Bakıda Zirvə toplantısı baş tutdu və həmin ildən etibarən ölkəmiz Hərəkata rəhbərliyi öz üzərinə götürdü. Müddət başa çatsa da, Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanın yenidən rəhbərlik etməsini xahiş etdilər. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın kifayət qədər səmərəli fəaliyyətini təmin etməsinin göstəricisidir”.

Deputat bildirib ki, Azərbaycan həmişə Türk Dünyasında birliyin, əməkdaşlığın əsas təbliğatçısıdır: “Prezident İlham Əliyev Türk Dünyasının əsas ideoloji devizinin müəllifidir: ““Gücümüz birliyimizdədir!” Vətən Müharibəsindən sonra Azərbaycan tam yeni obrazda, beynəlxalq siyasi münasibətlərdə, iqtisadi əməkdaşlıq sistemində iştirak edir. Bu da ölkəmizə marağın daha da artmasını şərtləndirir. Vətən Müharibəsindəki tarixi qələbəmizdən sonra Azərbaycanla daha yaxından əməkdaşlıq etmək istəyən ölkələrin sırası əhəmiyyətli dərəcədə genişlənib. Bu kontekstdə Azərbaycanın Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq platforması təşəbbüsü region ölkələri və Cənubi Qafqazda marağı olan kənar dövlətlər tərəfindən də yaxından dəstəklənir. Cənab Prezidentin xarici ölkələrə hər bir səfəri tərəfdaş dövlətlərlə münasibətlərimizi daha da möhkəmləndirir, onların xüsusi elementlərini formlaşdırır. Bu mənada cənab Prezidentin iyunun 21-də Özbəkistan səfərini xüsusi qeyd etmək lazımdır. Pandemiyadan sonra Prezident İlham Əliyevin ilk dövlət səfəri olması bu səfərin xüsusiliyinə dəlalət edən başlıca amildir. Özbəkistanda ölkə başçımıza olan yüksək ehtiram bir daha Azərbaycanın dünya dövlətləri içərisində, ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sistemində nə qədər önəmli yerə və rola malik olduğunu göstərdi, ölkələr arasında münasibətlərin strateji xarakterini bir daha ortaya qoydu”.

Politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan xarici siyasət strategiyasında çox uğurlu və praqmatik addımlar atır:

İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO -

“Vətən Müharibəsindən sonra yeni geosiyasi reallıqlar kontekstində ölkəmizə, eləcə də regiona böyük maraq var. Müharibə bütün post-sovet məkanında diqqəti cəlb etdi, artıq bəzi dövlətlər Azərbaycanın təcrübəsini öyrənməyə çalışırlar. Bəziləri məhz Azərbaycanın regional müstəvidə yürütdüyü balanslaşdırılmış siyasəti, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməsini təqdir edir, bu məsələlər ətrafında diqqəti cəmləşdirirlər. Məhz Vətən Müharibəsindən sonra önəmli məsələ yeni reallıqların dünya birliyinə çatdırılması və ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı prinsiplərinin ölkəmiz üçün “qırmızı xətt” olduğunun müəyyənləşdirilməsi idi. Bu istiqamətdə, demək olar ki, bütövlükdə 2021-ci il sərf olundu. Ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər və konfranslar çərçivəsində cənab Prezident İlham Əliyev yeni reallıqlar haqqında məlumat verdi, gələcək planlarla bağlı fikirlərini bölüşdü, əsas diqqəti məhz regional inteqrasiyaya yönləndirdi. İnanırıq ki, cənab Prezident gələcəkdə də bu istiqamətdə mətin addımlar atacaqdır”.

Politoloq bildirib ki, hazırda Azərbaycanın qarşısında böyük perspektivlər dayanır: “Əsas prioritet Qarabağın və Şərqi Zəngəzurun minalardan təmizlənməsi, eləcə də avtomobil, dəmir yolu və hava limanlarının inşası ilə birlikdə keçmiş məcburi köçkünlərin təhlükəsiz şəraitdə doğma yurd-yuvalarına qaytarılmasıdır. Bu, çox çətin və kompleks məsələlərdir. Lakin bu istiqamətdə ardıcıl addımlar atılır və siyasi iradə nümayiş etdirilir. Digər məsələ Ermənistanla münasibətlərin normallaşdırılmasıdır. Sərhədlərin delimitasiyası, ərazi bütövlüyümüzün Ermənistan tərəfindən qəbul olunması, bölgədəki kommunikasiya xətlərinin açılması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də sülh müqaviləsinin imzalanması hazırda siyasi gündəlikdə aktuallıq təşkil edir. Qardaş Türkiyə ilə də xarici siyasət vektorlarının uyğunluq təşkil etməsi kontekstində Türk Dünyasının daha da gücləndirilməsi siyasəti yürüdülür. Türk Dövlətləri Təşkilatının yaranması, onun başqa bir forma və məzmunda transformasiyası türk toplumlarının daha da birləşdirilməsinə xidmət edir. Təsadüfi deyil ki, cənab Prezident Türk Dünyasının Ali Ordeni ilə mükafatlandırıldı. Hazırda Mərkəzi Asiyada olan türkdilli xalqlarla Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi yönündə addımlar atılır. Cənab Prezidentin pandemiyadan sonra ilk xarici səfərini Özbəkistana etməsi də təsadüfi deyil. Dost və qardaş Özbəkistana səfər xüsusi əhəmiyyəti ilə seçilir, rəmzi mənası var. Çünki Özbəkistan və Ermənistan arasında diplomatik münasibətlər qurulmayıb və səfirliklər fəaliyyət göstərmir. Özbəkistan məhz Azərbaycan torpaqlarının işğal olunması səbəbindən Ermənistanla diplomatik münasibətlər qurmur. Bu, Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq səviyyədə dəstəyin nümayişidir. Rəsmi Daşkənd beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyib. Ona görə də Prezidentin Özbəkistan səfəri bir sıra əlamətləri ilə özəllik təşkil edir. Qalib sərkərdənin qarşılanması və geniş xarakter daşıyan proqramda məhz dostluq, qardaşlıq tellərinin daha da gücləndirilməsi istiqamətində vurğular edildi. Türk dövlətlərinin böyük gələcəyi var. Böyük bir coğrafiyada inteqrasiya Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında davam etdirilir. Bu, önəmli geostrateji qurşaqda Azərbaycanın da çox mühüm rolu və payı var. Azərbaycan beynəlxalq təhlükəsizlik sisteminin daha da gücləndirilməsi istiqamətində Vətən Müharibəsində qazandığı uğurlarla bərabər, həm də geniş bir coğrafiyada təhlükəsizlik seqmentinin gücləndirilməsinə yönəlik addımlar atır. Buna görə də Özbəkistanla Azərbaycan arasında imzalanmış dövlətlərarası sənədlərdə məhz hərbi seqmentin gücləndirilməsi və bu aspektdə diqqətin ayrılması əhəmiyyətlidir. Eyni zamanda qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinə yönəlik saziş və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən münasibətlərin dərinləşməsi ilə bağlı imzalanan sənədlər ikitərəfli normativ hüquqi bazanı gücləndirməklə yanaşı, həm də böyük perspektivlərdən xəbər verir. Həm Bakı-Tiflis-Qars dəmir yolu xəttinin üzərindən Avropaya geniş çıxış imkanlarının formalaşdırılması, həm də gələcəkdə Zəngəzur dəhlizinin inşası ilə iqtisadi əməkdaşlıq daha da inkişaf edəcək. Ümumilikdə, Azərbaycan son 15 ildə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atıb. Artıq cənab Prezident xarici səfərləri ilə də nümayiş etdirir ki, Azərbaycan güclü siyasi iradəyə malikdir”.

İqtisadçı-ekspert Elşən Bağırzadə isə qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra geniş əhatəli və çoxvektorlu beynəlxalq iqtisadi münasibətlərə daxil olmağı bacarıb:

Elşən Bağırzadə — Vikipediya

“Bu münasibətləri üç başlıca istiqamətə ayırmaq olar. Birincisi, beynəlxalq, regional iqtisadi təşkilatlarla əməkdaşlıq və ikitərəfli çərçivədə həyata keçirilən iqtisadi əməkdaşlıqlar. Azərbaycan Dünya Ticarət Təşkilatı istisna olmaqla, beynəlxalq iqtisadi nizamı formalaşdıran, demək olar ki, bütün beynəlxalq iqtisadi təşkilatların üzvüdür. Dünya Ticarət Təşkilatı kimi çox əhəmiyyətli təşkilata üzvlüyü isə hələ də reallaşmayıb. Bu üzvlüyün də gec-tez reallaşacağını düşünürəm. MDB, EKO, İslam Konfransı Dövlətləri Təşkilatı və Türk Dövlətləri Təşkilatı Azərbaycanın üzv olduğu ən önəmli regional iqtisadi və siyasi təşkilatlardır. Bunlar ölkənin beynəlxalq iqtisadi münasibətlərinin formalaşmasına təsir göstərən regional təşkilatlardır. Ümumilikdə, Azərbaycanın regional iqtisadi inteqrasiyadan daha çox ikitərəfli iqtisadi əməkdaşlığa üstünlük verdiyi görünür. Bu, başadüşülən yanaşmadır. İqtisadi əməkdaşlığın beynəlxalq ticarət, beynəlxalq investisiya, beynəlxalq əmək miqrasiyası və beynəlxalq texnologiya transferti formalarını fərqləndirə bilərik. Azərbaycanın bu formaların hər biri üzrə beynəlxalq iqtisadi əməkdaşlığı mövcuddur. Ancaq bütövlükdə ölkə iqtisadiyyatı üzrə olduğu kimi, beynəlxalq iqtisadi münasibətlər üzrə də neft və qaz sektoru aparıcı mövqeyə malikdir. Şübhəsiz ki, bu amil ölkənin beynəlxalq iqtisadi münasibətlərinin də dayanıqlılığını təhdid edir. Ölkələrin iqtisadi münasibətlərində digər amillərlə yanaşı, mədəni yaxınlığın da əhəmiyyəti böyükdür. Belə ki, oxşar və ya eyni mədəniyyətə sahib olan ölkələr arasında ticarət həcminin, qarşılıqlı investisiyaların, əmək miqrasiyasının da yaxşı inkişaf etməsinə dair çoxlu nümunələr göstərmək olar”.

Ekspert deyib ki, dil-mədəniyyət birliyi, dünyagörüş və istehlakçı seçimlərindəki oxşarlıq ölkələr arasında iqtisadi əlaqələrin də inkişafına səbəb olur: “Bu baxımdan Azərbaycanın böyük Türk və İslam Dünyası perspektivi və potensialı vardır. Son illər Azərbaycanın Türk Dövlətləri ilə dərinləşən və inkişaf edən iqtisadi münasibətlərini təqdir etmək lazımdır. Azərbaycan coğrafi olaraq Türk Dövlətlərinin mərkəzində dayanır. Bakıdan İstanbula da 3 saata uçursunuz, Almatıya da… Yəni tam mərkəzdəyik. Azərbaycanın Türk Dünyasının iqtisadi və mədəni inteqrasiyasında böyük əhəmiyyəti var”.

E.Bağırzadə deyib ki, türk toplumları olaraq, təkcə qardaş deyil, həm də qonşuyuq və siyasətlərimizi koordinasiya edərək, Avrasiyada birgə çox güclü nəqliyyat və kommunikasiya dəhlizi yarada, dünyanın, Avrasiyanın iqtisadi cazibə mərkəzlərindən birinə çevrilə bilərik: “Son dövrlər Avrasiyada baş verən proseslər, hərbi-siyasi və iqtisadi münaqişələr göstərir ki, istəməsək belə, artıq tarix bizi bu istiqamətə doğru sürükləyir. Türk ölkələrinin yerləşdiyi Orta Dəhliz həqiqətən də qarşıdakı illərdə Avropa ilə Çin arasında ən mühüm dəhlizə çevrilə bilər, bundan ölkələrimiz çox böyük iqtisadi fayda əldə edə bilər. Ona görə Türk Dövlətləri Təşkilatının və ayrı-ayrı türk dövlətlərinin bu istiqamətdəki addımları təqdirlə qarşılanmalıdır. Azərbaycan Prezidentinin son Özbəkistan səfəri də bir daha göstərdi ki, Azərbaycanın bəzən uzaqda axtardığı iqtisadi fürsətlər, əslində onun çox yaxınlığındadır. Qardaş Özbəkistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi bizim üçün çox əhəmiyyətli olacaq. Hesab edirəm ki, hələ bu ölkədəki potensialı tam olaraq kəşf etməmişik. Özbəkistanın çox böyük iqtisadi potensialı var və bu potensial bütün Türk Dünyasına və regionumuza böyük faydalar verəcək. Azərbaycan beynəlxalq iqtisadi strategiyasında beynəlxalq dəyər zəncirlərinə inteqrasiyanı da əsas prioritetlərdən biri kimi seçməli və bu istiqamətdə addımlarını sürətləndirməlidir. Elə Türkiyə və Özbəkistan ilə də bu istiqamətdə böyük potensial var”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər