Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Azərişıq” ASC-nin əməkdaşı piyadanı vurub öldürərək hadisə yerindən qaçıbmış

1 310
Paylaş:
“Azərişıq” ASC-nin əməkdaşı piyadanı vurub öldürərək hadisə yerindən qaçıbmış

Şəki Ağır Cinayətlər Məhkəməsində piyadanı vurub öldürərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Xəyyam Yusubovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdə qeyd edilib ki, Şəki Apellyasiya Məhkəməsinin 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs 2 il müddətinə şərti olaraq tətbiq edilmiş 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzası müstəqil icra edilsin. Xəyyam Yusubov cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 08 sentyabr 2021-ci il tarixdən hesablanıb.

Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 il 6 ay müddətə şamil olunub.

Bundan başaqa, Xəyyam Yusubov barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd: Hadisə 2021-ci ilin sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri, Salman Mümtaz küçəsində qeydə alınıb.

Rəsmi məlumata əsasən, həmin ərazidə müəyyən edilməmiş avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə cinayət işi başlanılıb.

Xatırlatma: Xəyyam Yusubov hadisəni törədən zaman “Azərişıq” ASC-nin Şimal-Qərb  Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Enerji Satış şöbəsində nəzarətçi mühəndis vəzifəsində işləyib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər