BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölən miqrantların sayı 53-ə çatdı

ABŞ-ın Texas ştatında yük avtomobilində aşkar edilmiş miqrantlar arasında ölənlərin sayı 53-ə çatıb.

 

Miqrantların olduğu yük avtomobili 2 gün əvvəl aşkar edilib. Polis avtomobildə 49 nəfərin cəsədini tapmışdı. Qalan 11 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Ölən 53 nəfərdən 27-i Meksika, 14-ü Honduras, 7-si Qvatemala vətəndaşıdır. Digərlərinin şəxsiyyəti müəyyən edilir. Həkimlərin rəyinə görə, avtomobildəkilər susuzluqdan həlak olub.

 

Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Onun narkotik vasitənin təsiri alrında avtomobili idarə etdiyi bildirilir. 53 nəfərin ölümündə təqsiri sübuta yetirilərsə onu ölüm cəzası gözləyir.

 

APA

Tarix: 30 İyun 2022, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin