Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Rembo” dediyinə görə bıçaqlandı

781
Paylaş:
“Rembo” dediyinə görə bıçaqlandı

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elnur Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Elnur Əkbərovun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd: Hadisə 28 yanvar 2022-ci il tarixdə, saat 19 radələrində Samux rayonunun Qarabağlar kəndində yerləşən “Turxanın yatağı” adlanan fermada qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Elnur Əkbərov onunla birlikdə həmin fermada sağıcı kimi işləyən tanışı, 1987-ci il təvəllüdlü Elçin Süleymanovla mübahisə edib.

Mübahisə zamanı Elnur Elçinin qarın nahiyyəsindən bir dəfə bıçaq zərbəsi vurub.

Daha sonra yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.

İttihama görə, hadisədən əvvəl Elçin Süleymanov Elnur Əkbərovu “Rembo” deyib çağıraraq zarafat edib. Elnur da onun belə zarafatına inciyib. Lakin zərərçəkmiş buna məhəl qoymayıb və yenidən zarafat etməyə başlayıb. Nəticədə Elnur Əkbərov bıçağa əl atıb. 

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər