Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Pravda.az xəbər verir ki, sərəncama əsasən, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Yusifov Mahmud Şahmurad oğlu – tibb xidməti polkovniki
“Vətən uğrunda” medalı ilə
Abbasov Rəşad Vaqif oğlu – polis polkovniki
Aslanov Çingiz Rauf oğlu – polis polkovniki
Həmzəyev Pərviz Mahmud oğlu – polis polkovniki
Qurbanov Elmir Vaqif oğlu – polis polkovniki
Məmmədov Emin Mobil oğlu – polis polkovniki
Nəsirov Zaur Zakir oğlu – polis polkovniki
Sarıyev Bəkir Qəhrəman oğlu – polis polkovniki
Abbasov Zaur Nürəddin oğlu – polis polkovnik-leytenantı
Camalov Vüqar Yahya oğlu – polis polkovnik-leytenantı
Əlizadə Cavidan Gülağa oğlu – polis polkovnik-leytenantı