BURADA REKLAMINIZ OLA
BİLƏR

General-polkovnik Kərəm Mustafayevlə bağlı SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 1-də "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" qızıl nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.


Pravda.az-ın məlumatına görə, Sərəncamda deyilir:


"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:


Ordu quruculuğu sahəsində xüsusi xidmətlərinə görə Kərəm Nəriman oğlu Mustafayev "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" qızıl nişanı ilə təltif edilsin".


Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin General-polkovniki Kərəm Mustafayev Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanıdır.


Ölkə.az

Tarix: 2 İyul 2022, 21:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin