Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat Aİ-95-in bahalaşması barədə: “Azərbaycan buna görə məcburdur”

993
Paylaş:
Deputat Aİ-95-in bahalaşması barədə:     “Azərbaycan buna görə məcburdur”

“Aİ-95 markalı benzinin qiymətinin artması gözlənilən idi. Çünki Azərbaycan Aİ-95 premium markalı benzini istehsal etmir, xaricdən gətirir. Bahalaşma birmənalı şəkildə təkcə Azərbaycanın özünün istəyi ilə olmayıb. Bu, dünyada baş verən proseslərlə bağlıdır”.


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.


Deputat bildirib ki, Aİ-95 Azərbaycana əsasən Rumıniya və Rusiyadan idxal olunur: “Ona görə də bu ölkələrdə baş verən istənilən qiymət artımı mütləq şəkildə həmin yüksək oktanlı benzinin də qiymətinə öz təsirini göstərir. Dünyada Aİ-95-in qiyməti qalxdığına görə Azərbaycanda da həmin növ yanacağın qiyməti mütləq şəkildə artmağa məcburdur. Çünki Azərbaycan özü bunu istehsal etmir. 95-in qiyməti sonuncu dəfə 2021-ci ilin sentyabrın 15-də artırılıb. Həmin vaxt dünya bazarında neftin qiyməti 73-75 dollar arasında dəyişirdi. Son 10 ay ərzində artıq bu rəqəm 100-ü keçib. Bu da bahalaşmanı labüd edir. Həm də Avropa ölkələri də artıq tam şəkildə Aİ-95 markalı benzindən istifadəyə keçib. İstehsalçılar da Azərbaycana gətirilən yeni avtomobillərlə bağlı Aİ-95 markalı benzinin istifadəsinə tələb qoyub. Yəni bu da hardasa Aİ-92 ilə işləyən avtomobillərin azalmasına gətirib çıxara bilər”.


Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər