“Milli Məclis Sədrinin müavini Adil Əliyevlə birlikdə Vətən müharibəsi qazisi Elvin Cəfərovun yas mərasimində iştirak etmək üçün hazırda Sabirabad rayonundayıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində döyüşərək, düşmənin 30 illik işğalına son qoyan, tarixi torpaqlarımızı azad edən qəhrəmanlarımızından biri Elvin Cəfərovun intiharı hər birimizi dərindən sarsıtdı. Ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar edən Vətən övladlarına, onların ailələrinə dövlətimiz tərəfindən hər cür köməklik göstərilir. Şəhid ailələri və qazilərin sosial problemlərinin həlli dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Eləcə də hər birimiz öz növbəmizdə onların çətinliklərinin həlli istiqamətində bütün mümkün olan addımları atmalıyıq”.
Pravda.az-ın xəbərinə görə, bunu Sabirabadın deputatı Kamal Cəfərov bildirib.