“Azərbayacanın yenidən sərt karantin rejimininə keçəcəyinə inanmıram. Ancaq təbii ki, insanların sağlamlığı bir nömrəli məsələdir. Buna görə də ilk növbədə insanlar özlərini qorumalıdırlar, gigiyena qaydalarına və qidalanmalarına fikir verməlidirlər.”
Bunu Pravda.az-a Xalq artisti Nurəddin Mehdixanlı deyib.
Xalq artisti qeyd edib ki, pandemiyanın bütün dünyanı sərt şəkildə bürüdüyü, Azərbaycan teatrlarının, mədəniyyət və musiqi təşkilatlarının fəaliyyət göstərə bilmədiyi zaman insanların həyatı durğun və çox mənasız idi: “Evə qapanma, canlı təmasdan uzaq olma çox ağır idi . Ümumiyyətlə, bu yaşanacaq bir həyat deyil. Azərbaycanda bunun yenidən baş verməyəcəyini düşünürəm. Həyatımız normal şəkildə davam etməlidir və yəqin ki, elə belə də olacaq”.
Leyla Yusubova