Məzmuna keç
Pravda.az — xəbər portalı
Şou

Zeynəb Xanlarovanın konserti təxirə düşdü

1 031
Paylaş:
Zeynəb Xanlarovanın konserti təxirə düşdü

Xalq artisti Zeynəb Xanlarovanın da solo konserti koronavirusa görə başqa vaxta keçirilib.

Pravda.az xəbər verir ki, 18 mart tarixinə planlaşdırılan konsert proqramı 3 mayda baş tutacaq.

Təşkilatçılar bildirib ki, “Dünyanın Zeynəbi” adlı konsertin tarixinin dəyişilməsi sənətkarın öz qərarıdır: “Bakı Konqres Mərkəzində baş tutacaq "Dünyanın Zeynəbi" proqramında tarix xaricində heç bir dəyişiklik yoxdur. Konsertin tarixinin dəyişilməsi Zeynəb xanımın şəxsən öz qərarıdır. Sənətkar bu addımı ilə koronavirusundan qorunmaq məqsədi ilə atır.

Nəzərdə tutulan solo konsertin  3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq Zeynəb xanımın bu qərarı ən doğru addımdır”.Musavat.com

Paylaş:

Ən son xəbərlər