Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda dava – DİN-dən AÇIQLAMA

1 297
Paylaş:
Bakıda dava –        DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, paytaxt küçələrinin birində qəzadan sonra sürücülər arasında əlbəyaxa dava düşüb. Qəzadan sonra əsəblərini cilovlaya bilməyən sürücülər dalaşıb. Xanım sürücü isə əlində telefon təhqiramiz ifadələr işlədərək digər sürücünü vurmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov Pravda.az-a açıqlamasında bildirib ki, yayılan görüntü ilə bağlı hazırda araşdırma aparılır:

“Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Hadisənin hansı ərazidə baş verdiyi barədə isə məlumat verilməyib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər