ABŞ Prezidenti Donald Tramp növbəti 30 gün ərzində Avropadan ABŞ-a olan bütün uçuşlara qadağa qoyub.
Pravda.az-ın xəbərinə görə, Tramp bunun Britaniyadan olan uçuşlara şamil olunmadığını bildirib. ABŞ Prezidenti ölkənin yaşlı vətəndaşlarına səyahət etməməyi də tövsiyə edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni növ COVID-19 - koronavirus infeksiyasının pandemik olduğunu elan edib.APA
Tramp Avropadan ABŞ-a olan uçuşlara qadağa qoydu