BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev: "Ümidvarıq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişi gələn ay başa çatdıra bilərik"

"Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik".

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında ifadə edib.

 

Dövlət başçısı deyib ki, bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır. “Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq”, - İlham Əliyev vurğulayıb.

Tarix: 18 İyul 2022, 20:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin