ABŞ-da COVID-19-a yeni yoluxma hallarının çoxalması və bununla bağlı xəstəxanaya yerləşdirilənlərin sayının artması müşahidə olunur.
Ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmaların sayı iki dəfə artıb.
Hazırda Nyu-York ştatı yoluxmaların ən çox qeydə alındığı bölgədir. Son günlərdə ştatda test pozitivliyinin nisbəti ciddi şəkildə yüksəlib. Belə ki, Nyu-Yorkda sutkada orta hesabla 4,692 yoluxma qeydə alınıb ki, bu da ötən həftə ilə müqayisədə iki dəfə çoxdur. Pandemiyanın başlanğıcından bu yana Nyu-Yorkun hər 4 sakinindən 1-i infeksiyaya yoluxub. Şəhərdə səyyar test mərkəzləri yenidən fəaliyyətə başlayıb.