ABŞ prezidenti Cozef Bayden ölkədə benzinin qiymətlərinin aşağı neft qiymətlərinə kifayət qədər reaksiya verməməsindən narazılığını bildirib.
Pravda.az xəbər verir ki, onun sözlərinə görə, neftin qiyməti Rusiyanın Ukraynada hərbi əməliyyata başladıqdan sonra artıb, bununla əlaqədar Amerika şirkətləri yanacaqdoldurma məntəqələrində də benzinin qiymətini sürətlə artırıb.