Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

DTX-nin tutduğu “Abu İbrahim Dağıstani” ilə bağlı QƏRAR

1 017
Paylaş:
DTX-nin tutduğu “Abu İbrahim Dağıstani” ilə bağlı       QƏRAR

Ali Məhkəmədə qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma və ağır cinayətlər törətməkdə təqsirləndirlən Bəhram Güləliyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti qismən təmin edilib.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı ləğv olunub və cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilib.

Qeyd: Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.

Beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistan İslam Respublikasında saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasına ekstradisiya edilib.

Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

Davam edən araşdırmalarla, Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri də saxlanılıblar.

B.Güləliyevə Cinayət Məcəlləsinin 214.2.6-cı ( dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində terrorçuluq) və digər müvafiq maddələrlə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Güləliyev 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər