2030-cu ilə qədər ölkəmizin əsas hədəflərindən biri də təmiz ekoloji mühitə sahib olmaq üçün elektrik və hibrid avtomobillərdən istifadəni stimullaşdırmaqdır. Bu məqsədlə yeni bu növ avtomobillərin nisbətən sadə kredit şərtləri ilə alınması üçün təkliflər hazırlanır. Həmin təkliflərdə nələr var?
İlkin ödəniş faizi və kredit dərəcəsi aşağı salınacaq.
Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaq üçün yeni təkliflər hazırlanır. Təkliflərə əsasən artıq yeni elektrik mühərrikli və hibrid avtomobilləri kreditlə almaq üçün şərtlərin sadələşdirilməsi nəzərdə tutulur.