Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Gömrük Komitəsi “Coca-Cola”nı yenidən cərimələdi

825
Paylaş:
Gömrük Komitəsi “Coca-Cola”nı yenidən cərimələdi

Azərbaycanda məşhur içki şirkətinə daha bir cərimə protokolu yazılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Koka-Kola (“Coca-Cola”) Bottlers Limited” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.


Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.


İş hakim Vüsal Tağıyevin icraatına verilib.


Məhkəmənin hazırlıq iclası avqustun 2-nə təyin edilib.
Qeyd: Daha əvvəl şirkət barəsində eyni xətai ilə bağlı bir beçə dəfə cərimə protokolu yazılmışdı.

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər