Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Arvadını döyən şəxs: "Mənə başqa xanımla münasibətlərimin olduğunu dedi"

1 078
Paylaş:
Arvadını döyən şəxs:     "Mənə başqa xanımla münasibətlərimin olduğunu dedi"

Sumqayıtda kişi arvadını döyüb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə Sumqayıt Şəhər Məhkəməsində elan olunub.

Bildirilib ki, Səməndər İxtiyarov (ad, soyadı şərti) arvadı Safura İxtiyarova ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı qadının sifət nahiyəsindən bir dəfə vurub. Bununla da o, Safura İxtiyarovanın sağ gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, üst dodağın qançırı xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib.

Məhkəmə iclasında Səməndər İxtiyarov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun həyat yoldaşıdır və onların birgə nikahından 4 övladları var:

“Təxminən 7 ildir ki, biz ailəliyik. Həyat yoldaşım Safura ilə mütəmadi olaraq mənə başqa bir xanımla münasibətlərimin olduğunu bildirdiyi üçün aramızda mübahisələr yaranırdı. Sonuncu dəfə 02 iyun 2022-ci il tarixdə, saat 01:00 radələrində mən yaşadığım evə gəldim. Sonra öz yataq otağıma daxil olarkən həyat yoldaşım yenə də məni qısqanaraq başqa bir xanımla münasibətlərimin olmasını bildirərək mübahisə etdi. Mən arvadıma belə bir hal olmadığını dedim və mübahisə zamanı əlimin arxası ilə Safuranın sifət nahiyəsindən vurdum.

Bundan sonra mübahisə etmədik. Səhər ayıldıqda isə həyat yoldaşımın evdə olmadığını və atası evinə getdiyini müəyyən etdim. Daha sonra polis bölməsindən mənə izahat verməyə dəvət edərkən bildim ki, Safura məndən polisə şikayət edib. Hazırda etmiş olduğum əməldən səmimi peşmanam və zərərçəkmiş şəxslə barışmışam. Ona görə də, barəmdə olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edirəm”.

Məhkəmənin qərarı ilə Səməndər İxtiyarovun barəsindəki cinayət təqibi üzrə icraata xitam verilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər