“Kim istəyir, çimərliklərə gedir, kim istəyir, getmir. Hər kəsin dünyagörüşü, milli dəyərləri və mənəvi dünyası var. Azərbaycan demokratik ölkədir və burada kim istəyirsə, çimərliklərə gedir”.
Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
T.Abbaslı bildirib ki, çimərliklərə üz tutan insanları ittiham etmək olmaz: “Bu məsələdə kimisə, nədəsə ittiham edib onları haqsız çıxarmaq və ya kiməsə haqq qazandırmaq düzgün deyil, çünki bu, individual seçimdir. Hər kəs bu dünyada seçimini özü edir. Yəni onların inancı varsa, deməli, o dünyada da bunun hesabını verəcəklər”.
Leyla Yusubova