Bir neçə gün öncə Xaçmaz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Belə ki, Xaçmaz-Quba yolunun Armudpadar kəndindən keçən hissəsində “Toyota Prado” markalı minik avtomobili yük maşınına çırpılıb.
Nəticədə “Toyota Prado”nun sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov və sərnişini, 1985-ci il təvəllüdlü Zaur Quliyev aldıqları xəsarətlərdən vəfat ediblər.