BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İşxan Verdyan: “Mən Azərbaycanın Xankəndi şəhərində yaşamaq və işləmək istəyirəm”

Sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət hazırlayıb, həmin müraciəti Ermənistan vətəndaşlarına da ünvanlayıb.

 

“Hörmətli xalqım, Ermənistan vətəndaşları! Mən həmişə demişəm ki, Qarabağ Azərbaycandır, bunu beynəlxalq hüquqla əsaslandırmışam. Ermənilərin heç biri mənim bu fikrimi heç vaxt təkzib etməyiblər, heç kim mənimlə bu mövzuda debata girməyib, heç kim qanuni olaraq mənim haqsız olduğumu sübut edə bilməyib”, - deyə mətndə vurğulanıb. Oxu.az-a müsahibəsində İşxan Verdyan izah edib ki, Ermənistan artıq beynəlxalq hüquqa hörmət etməyə başlamalıdır, çünki ölkə sivil inkişafı kursunu müəyyənləşdirib.

 

“Mən Ermənistanın gələcəyini Skandinaviya modeli ilə yaradılmış bir ölkə kimi görürəm və bu arzumdan əl çəkməyə hazır deyiləm. Nədənsə, buna görə bəziləri məni satqın hesab edirlər, amma nə baş verirsə-versin, xalqımla tam səmimi olmaq istəyirəm. Həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalmayan ermənilər Azərbaycan vətəndaşlığını alıb Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilməli olacaqlar. Və fikrimi dəyişmirəm... Göstərmək istəyirəm ki, ermənilər Qarabağda təhlükəsiz və hətta gözəl şəkildə yaşaya bilərlər. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edirəm: Hörmətli cənab Prezident, Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı və Xankəndidə yaşayıb işləməyə icazə verəsiniz”, - deyə İşxan Verdyan bildirib.

 

İşxan Verdyanın sözlərinə görə, hazırda Qarabağ erməniləri çoxtəbəqəli cəmiyyətdir.

 

“Onların arasında mənə son dərəcə mənfi münasibət bəsləyən böyük bir təbəqə var və mən bunu bilirəm. Üstəlik, təbliğat sayəsində adım artıq hallanıb və guya erməni xalqına “xəyanəti” simvollaşdırır. Hətta belə bir termin də yaranıb – “işxanizasiya”. Belə bir hadisə olub: İrəvandakı dostlarım təsadüfən Qarabağdan olan bir adamla tanış olub, o, söhbətdə mənim şəklimi göstərib və Qarabağ ermənilərinin məni axtardığını deyib. Başqa bir təbəqə də var ki, açıq-aşkar cinayətkarlardır, təbii ki, Azərbaycan hökuməti bunu bilir. Amma mən onlara yox, Ermənistan ermənilərinə müraciət edirəm. O ki qaldı Qarabağın erməni millətindən olan sakinlərinə, mən dəfələrlə onların hüquqları mövzusunu qaldırmışam, çünki müəyyən şəraitə görə Xankəndidə qalacaq insanlar təbəqəsi var. Bəzilərinin atıb getmək istəmədiyi işi və ya mülkü var. Digərləri səhhətinə görə gedə bilməyəcəklər. Başqalarının sadəcə getməyə yeri yoxdur”,- deyə Verdyan izah edib.

 

- Azərbaycan vətəndaşlığını alsanız, özünüzü Xankəndidə hansı işdə görürsünüz? Hüquq müdafiəçisi-sülhməramlı, yoxsa söhbət hansısa inzibati funksiyalardan gedir?

 

- Əslində, mən özümü hansısa siyasi və ya ictimai xadim kimi görmürəm. Xankəndidə kompüter oyunlarını inkişaf etdirmək, kiçik studiya açmaq, rəssamları dəvət etmək üçün yaradıcı layihə etmək istəyirəm. Mən özüm proqramçıyam və artıq maraqlı ideyalarım, ssenarilərim və konsepsiyalarım var.

 

- Təhlükəsizlik məsələsi də var, çünki özünüz dediniz ki, Qarabağ ermənilərindən hədələr alırsınız...

 

- Mənə mənfi münasibət bəsləyənlər Xankəndidə, Azərbaycanda yaşamaq istəməzlər. Əminəm ki, onlar ya Ermənistana, ya Rusiyaya, ya da başqa yerə köçəcəklər. Onlara belə bir fürsət veriləcək və onlar öz istəkləri ilə Azərbaycanı tərk edəcəklər. Xankəndi həyat üçün təhlükəsiz şəhərə çevriləcək. Mən demirəm ki, bu, indi baş verəcək, amma olacaq və nə qədər lazımdırsa, gözləməyə hazıram.

Tarix: 4 Avqust 2022, 20:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin