BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan səfirliyini ələ keçirən dini qruplaşma haqqında sensasion məlumatlar

Xəbər verdiyimiz kimi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

 

XİN-dən verilən məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

 

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb. Elə həmin konvensiyaya görə, hər bir dövlət onun ərazisindəki səfirliklərin təhlükəsizliyini təmin etməyə borcludur. Azərbaycan İngiltərənin və başqa dövlətlərin Bakıdakı səfirliklərini keyfiyyətli şəkildə qoruyur və indiyə qədər də heç bir problem olmayıb.

 

Bəs səfirliyimizə hücum edənlər kimlərdir və nə istəyirlər? Musavat.com-un əldə etdiyi məlumata görə, səfirliyimizə hücum edənlər "The Mahdi Servants Union" (Mehdinin xidmətçiləri  birliyi) adlı radikal dini qruplaşmasının üzvləridir. Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı ayətullah şirazini təqlid edir. Yaser əl-Həbib kökəncə Küveytlidir, londonda yaşayır.

 

İranın teokratik rejimi bu radikal qruplaşmanı istehza ilə ''London şiələri'' adlandırır.

 

Qrup sünni təriqətinin əleyhdarıdır, öz peyk kanalı vasitəsilə bu cür təbliğat aparır və həmçinin xəlifə Ömərə və Peyğəmbərin arvadı Aişəni təhqir edənlərə dəstək verir.

 

Onu da qeyd edək ki, qrup "Fədak" adlı peyk televiziyasını idarə edir.

 

Bu, radikal qrupun ilk belə həmləsi deyil.

 

2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü Hüseyn Əl Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının bayrağı ilə əvəz ediblər. Bildirək ki, Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılıb.

 

Belə bir qruplaşmanın Azərbaycan səfirliyindən nə istəməsi və oranı nəyə görə işğal etməsi Musavat.com-a aydın deyil.

Tarix: 4 Avqust 2022, 23:28   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin