BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: Ermənistanın üçtərəfli bəyanatdakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir

Azərbaycanlı qardaşlarımızdan birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik.

 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

 

O, iki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla da danışdığını qeyd edib.

 

"Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli Bəyannamədən iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, - deyə o bildirib.

 

APA

Tarix: 6 Avqust 2022, 14:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin