Tanınmış idmançı Leandro Lo başından güllələnərək öldürülüb.
Pravda.az xəbər verir ki, Yapon döyüş sənəti Ciu Citsu üzrə bütün zamanların ən uğurlu idmançılarından biri olan braziliyalı Leandro Lo San-Pauludakı gecə klubunda başından silahla vurulub. Həkimlər Lo-nun beyin ölümü yaşadığını açıqlayıblar.
33 yaşlı Lonun vəzifədən kənar polis əməkdaşı Henrique Velozo tərəfindən güllələndiyi bildirilir.Velozo polisə təslim olub və nəzarətə götürülüb.
Hadisə şahidlərinin sözlərinə görə, dostları ilə konsert üçün "Clube Siria” gecə klubuna gedən Lo ilə Velozo arasında mübahisə düşüb.