TikTok videoları ilə tanınan rusiyalı bloger Anastasiya Qrişman Sankt-Peterburqda kirayə qaldığı mənzilində ölü tapılıb.
Bir gün əvvəl Anastasiyanın dostu polisə müraciət edərək onunla bir neçə həftədir əlaqə saxlaya bilmədiyini bildirib. Bu səbəbdən evə baxış keçirən hüquq-mühafizə orqanının əməkdaşları 26 yaşlı blogerinin cəsədini mənzilində aşkarlayıblar. Onun boynundan altı bıçaq zərbəsi aldığı bildirilib.
İlkin məlumata görə, Anastasiya yataq otağında öldürülsə də daha sonra vanna otağına aparılıb. Bundan başqa, mənzildə əşyalarla dolu bir çamadan tapılıb.