Nazirlər Kabineti “Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” qərar verib.
Qərara əsasən, Azərbaycan Dövlət Pedaqoji Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Qərarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nizamnaməsi təsdiqlənib.
Nizamnaməyə əsasən, Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;