“Azərifreedom” kanalının rəhbəri, ADP sədri Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədov şəhidləri təhqir edib.
O, Azərbaycanda yüzlərlə, hətta minlərlə saxta şəhid olduğunu deyib. Nümunə olaraq isə şəhid Arəstə Baxışovanı göstərib: "Arəstə xanımı əgər dövlət və Azərbaycan xalqı şəhid kimi tanıyırsa, mənim qardaşım mayor Rasim Məmmədovu da şəhid kimi tanıyırsa bildirim ki, o bü cür şəhid deyil. Ola bilməz ki, erməninin minasından parça-tikə olan da şəhid olsun, xidmət yerində otaqda ya qısqanclıq zəminində, ya da tüsadüfən tapançanı təmizləyəkən ölən adam da şəhid olsun. Belə şəhidlik olmaz... Sən gedib orada kimləsə zarafatlaşacaqsan... Bu ifadəni işlətmək istəmirəm". Hazırda Londonda yaşayan Qurban Məmədovun sözügedən çıxışına azərbaycanlılar tərəfindən sərt təpki gəlib. İzləyicilər şəhid xanımı təhqir etdiyinə görə Qurban Məmmədovun şəxsiyyəti barədə mənfi fikirlərini şərh bölməsinə yazıblar. Cebhe.info-ya Vətən müharibəsinin yeganə xanım şəhidi, Azərbaycan Ordusunun hərbi tibb qulluqçusu olan Arəstə Baxışovanın anası Məktubə Baxışova danışıb.
Şəhid anası deyilənlərə belə reaksiya verib: