Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Əli Əsədov Fuat Oktaya başsağlığı verdi

749
Paylaş:
Əli Əsədov Fuat Oktaya başsağlığı verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.


Bu barədə Pravda.az-a Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.


Məlumatda bildirilir ki, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Paylaş:

Ən son xəbərlər