Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs yol qəzasına düşüb.
Pravda.az xəbər verir ki, qəza Bodrumda baş verib.
İçərisində İbrahim Tatlısəsin və qızının olduğu mikroavtobus yük avtomobili ilə toqquşub.
Toqquşmadan sonra avtomobillər yolun kənarına yuvarlanıb.