Bodrumda yerləşən “Mandarin Oriental” hoteldə CHP-dən olan eks-deputat Aydın Ayaydın və azərbaycanlı model, iranəsilli biznesmen Manuçehr Əhədpurun həyat yoldaşı Diana Əhədpur arasında dava olub.
Bu barədə “Sabah” nəşri xəbər verir.
Nəşrin müxbirinin sözlərinə görə, insidentə səbəb Əhədpurun 6 yaşlı oğlunun dənizə girib su sıçratmağa başlaması olub. Bu, Ayaydını özündən çıxarıb və o, uşağın üstünə qışqırıb. Oğlan ağlaya-ağlaya anasının yanına qaçıb.
Əhədpur dərhal kişiyə yaxınlaşıb və etirazını bildirib: “Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?”


