Rusiyanın Azərbaycan daxil olmaqla bir neçə səfirliyində biometrik pasportların verilməsi dayandırılıb.
Rusiyanın Azərbaycan, Almaniya, Latviya, Türkiyə, İsveç, Estoniyadakı səfirlikləri texniki səbəblərə görə elektron yaddaş daşıyıcısı olan və etibarlılıq müddəti on il olan biometrik xarici pasportların verilməsini dayandırıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, Almaniyada biometrik pasportlar avqustun 29-dan, qeyd olunan digər ölkələrdə isə 26-dan verilməyəcək.