Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi

856
Paylaş:
İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib.

Pravda.az həmin mətni təqdim edir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş şiddətli yağışlar və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!".

Paylaş:

Ən son xəbərlər