Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Leyla Abdullayevaya yeni vəzifə verildi - Fransaya gedir

959
Paylaş:
Leyla Abdullayevaya yeni vəzifə verildi -     Fransaya gedir

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.

Pravda.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.

Onun tezliklə Fransada diplomatik xidmətə başlayacağı gözlənilir.

Qeyd edək ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsində çalışıb.

Digər bir məlumata əsasən isə qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb.

Paylaş:

Ən son xəbərlər